Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar azalaraq 81,39 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar azalaraq 76,08 dollar təşkil edib.