Azərbaycanın ən böyük şirkətlərindən biri – Dövlət Neft Şirkəti (SOCAR) gözlənilmədən borc qalmaqalı ilə üzləşib.
“Azərenerji” yığılmış zərəri 1,7 milyardı keçdi – MƏNFƏƏTDƏ 50 MİLYONLUQ AZALMA - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycanda və digər ölkələrdə milyardlıq dövriyyəsi olan və böyük layihələr reallaşdıran Dövlət Neft Şirkəti (SOCAR) «Azərxalça» dövlət şirkətindən aldığı xalçaların pulunu indiyədək ödəməyib.
Xalçaların ödənişi o qədər gecikib ki, bu borclar «Azərxalça»nın debitor borcları kimi onun illik hesabatına daxil edilib. Eyni zamanda «Azərxalça» bu hesabatda borcluların adlarını da açıqlayıb.
Beləliklə, «Azərxalça»ya borcu olan SOCAR-la əlaqəli şirkətlər bunlardır: «Petkim Petrokimya Holdinq» - 51 967 min manat,
«SOCAR Türkiyə Petrol Ticaret» - 21 001 manat,
«Star Rafineri» A.Ş. – 18 751 manat,
SOCAR Türkiyə Enerjia – 15 610 manat,
SOCAR-la əlaqəli ümumi borc 107 329 manat.
Amma «Azərxalça»nın ən böyük debitor borclusu, yəni «Azərxalça»ya ən böyük borcu olan qurum SOCAR deyil Azərbaycan Respublikası Prezidentinin Administrasiyasıdır – 695 435 manat.
Bundan başqa, «Azərxalça»ya «Azcargo Logistics and Management Servises» MMC - 30 180 manat, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula-1 yarışını təşkil edir – FED.az) 10 325 manat və digər borclulardır – 220 359 manat.
Ümumilikdə, «Azərxalça»nın debitor borclarının məbləği 1 milyon 063 min 628 manat təşkil edir.














