Azərbaycanın aparıcı banklarından olan «Xalq Bank» nizamnamə kapitalını artırıb.
Xalq Bank II rübün yekunlarını - AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ASC “Xalq” Bankı nizamnamə kapitalını 30 494 520 manat artıraraq 477 094 000 manata çatdırıb.
Kapital artımı Bankın nominal səhmlərinin dəyərinin artırılması hesabına baş tutub.
«Xalq Bank»dan verilən məlumata görə, nizamnamə kapitalının artırılması Bankın dayanıqlı inkişafı və davamlı böyüməsini təmin etməklə yanaşı, həmçinin Bankın İnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəflərinə nail olunmasına dəstək olaraq maliyyələşdirmə imkanlarını genişləndirəcək.
Xatırladaq ki, əsası 2004-cü ildə qoyulmuş və ölkənin etibarlı maliyyə institutlarından olan Xalq Bankın son rüb göstəricilərinə əsasən aktivləri 2,832 mlrd manat təşkil edir.
Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi 1,843 mlrd manat, depozitlərin həcmi 1,921 mlrd manat, xalis mənfəəti 13,5 mln manat təşkil edib.















