İraq Neft Nazirliyinin məlumatına görə, iyun ayında Suriya və İordaniya vasitəsilə 1 milyon ton neft ixrac edilib.
FED.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, İraq neft məhsullarını Hörmüz boğazından yan keçərək Suriya vasitəsilə Aralıq dənizindəki limanlara daşıyır.
İran öz neftini daşımaq minlərlə yük maşınından istifadə edir, limana gedən yol dörd gün çəkir, maşınlar İordaniyadan keçir.
İraq Neft Nazirliyinin məlumatına görə, iyun ayında Suriya və İordaniya vasitəsilə 1 milyon ton yanacaq nefti ixrac edilib. Nazirlik bildirib ki, may ayında bu rəqəm 500 min ton olmuşdu.
Xatırladaq ki, bir qədər əvvəl Amerikanın "Al-Monitor" portalı İraq hakimiyyətinin Kərkük əyalətindən Suriyanın liman şəhəri Baniyasa neft tədarükünə imkan verəcək neft kəmərinin istismarını bərpa etmək üçün müqavilə imzalamağı planlaşdırdığını bildirmişdi.














