Yaxın Şərqdə hərbi əməliyyatların bərpa edilməsi dünya bazarında nefti yenidən kəskin bahalaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ-ın İrana zərbələrə başlaması və İranın buna cavab verərək, eyni zamanda Hörmüz boğazını bağlaması neftə tələbatı və onunla bağlı narahatlığı artırıb.
Nəticədə bir qədər əvvəl sabitləşən neft qiymətləri yenidən artmağa başlayıb.
Azərbaycan nefti də sürətlə bahalaşıb – «Azeri light» markalı neftin qiyməti ötən gün daha 3 dollar artaraq 88,8 dollardan 91,5 dollara yüksəlib.
Ümumilikdə son 15 gündə Azərbaycan nefti 20 dollardan artıq dəyər qazanıb. Belə ki, iyulun 3-də neftin qiyməti 71 dolaradək enmişdi, iyulun 18-də isə qiymət 91 dolları keçib.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar götürülüb. Yəni hazırdla neftin real bazar qiyməti büdcədəki qiymətlən 26 dollar və ya 40% artıqdır.














