Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 856,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.
Ötən il ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.









