“BP-Azerbaijan” şirkətinin 3 vitse-prezidentinin vəzifə səlahiyyətləri yenidən bölüşdürülüb.
FED.az xəbər verir ki, onların Rusiya üzrə kuratorluğu ləğv edilib.
Belə ki, dəyişiklikdən sonra Elnarə Məmmədova Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident, Roşni Musai Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident və Kahal Kelli Azərbaycan, Gürcüstan, Türkiyə, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident kimi təsdiqlənib.
Hazırda şirkətin 12 vitse-prezidenti var və onlardan 5-i milliyyətcə azərbaycanlıdır. (Report)