Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 22,7 milyon ton, ixracı isə 19 milyon ton olub.
"Şahdəniz" qazının ixracı - 8% ARTIB
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 5% artımla hasil edilmiş 36,1 milyard kubmetr təbii qazın isə 17,8 milyard kubmetri ixrac olunub.