Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 954,4 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artım müşahidə olunub.
Azərbaycanda təbii qaz istehsalı 4%-dən çox artıb
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 16 419 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8%-lik artım). (Apa)