Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 2,485 mlrd ABŞ dolları vəsait daxil olub.
Eləcə də bax: AÇG və Şahdəniz yataqlarının gəliri - AÇIQLANIB
FED.az bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu müddət ərzində “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından isə ARDNF 215,5 mln ABŞ dolları gəlir əldə edib.
Bu həcmin 149 mln dolları kondensatın payına düşüb.