Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarından başlayaraq Qubanın dağlıq ərazilərinə qar yağıb.
Xidmətdən FED.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Qaxda 47 (aylıq normanın 37 faizi), Zaqatalada 21, Oğuzda 20, Şəmkirdə 19 (aylıq normanın 39 faizi), Gədəbəydə 19, Göygöldə 18, Mingəçevirdə 15 (aylıq normanın 33 faizi), Sədərəkdə 15, Gəncədə 14 (aylıq normanın 32 faizi), Yevlaxda 13 (aylıq normanın 26 faizi), Lənkəran, Şəki, Qəbələdə 12, Qusarda 11, Naftalan, Astara, Daşkəsəndə 10, Tovuz, Ağdam, Tərtər, Ordubadda 9, Balakəndə 8, Qrız, İsmayıllı, Xaltan, Yardımlı, Göyçay, Quba, Ağstafa, Şərur, Şahbuz, Xaçmaz, Kürdəmir, Naxçıvan, Şamaxı, Zərdab, Beyləqan, Cəfərxan, Şabran, Ceyrançöl, Altıağac, Sabirabad, Neftçala, Biləsuvar, İmişli, Lerik, Qobustanda 1-6, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Neftçalada saniyədə 20, Salyanda 18, Şəmkir, Şəkidə 16, Bakıda və Abşeron yarımadasında arabir 23 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Naftalan, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görmə 500 metrədək məhdudlaşıb.
Mayın 13-də havanın temperaturu iqlim normasından 1.4° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-21°, Naxçıvanda 22-25°, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 17-21° isti təşkil edib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.
Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.