Vergilər Nazirliyində ciddi struktur dəyişikliyi gözlənilir. FED.az xəbər verir ki, artıq dəyişikliklər hökumətə təqdim olunub və təsdiq edildikdən sonra vergi sistemində müvafiq təyinatlar baş verəcək. Hazırda isə Nazirliyin ancaq aparatında və idarələrdə vəzifələrə yeni kadrlar otuzdurulub. Xüsusən də idarələrdə müavinlər dəyişdirilib.
Nazirlikdəki işçilər isə hazırda öz vəzifələrinin başındadırlar. Yeni vergilər nazirinin yeni müşavirləri və müavinləri struktur dəyişməsinin təsdiqlənməsindən sonra məlum olacaq.
FED.az insiderə istinadən xəbər verir ki, Azərbaycan sahibkarları 2018-ci ilə yeni vergilər nazirinin yeni qaydaları ilə başlayacaqlar. Ümumilikdə hədəf isə kölgə iqtisadiyyatının azaldılması və sahibkarlara ədalətli yanaşma olacaq.
Yeni vergilər naziri müavinləri dəyişdi: struktur da yenilənəcək
17:31
22 Dek 2017