"Yeni Azərbaycan Partiyasının (YAP) deputatları, YAP-ın Siyasi Şurasının Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi qərarını hörmətlə qarşılayıblar".
FED.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.
Eləcə də bax: Bu deputatlar 2020-ci ildə - NAMİZƏD OLMAYACAQLAR - SİYAHI
"YAP-ın deputatları müraciəti imzalayıblar və yaxın zamanda həmin müraciət Milli Məclisə daxil olacaq. İnanırıq ki, Milli Məclis çoxluğun qərarına müsbət baxacaq və yaxın günlərdə bu müraciəti müzakirəyə çıxaracaqdır.
Vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşması bizim diqqətimizdə olacaqdır",- Əli Əhmədov əlavə edib.
Marja