“Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı və Vergilər Nazirliklərinə, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə verdikləri rəqəmlər bir-biri ilə uyğunluq təşkil etmir".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O, bu barədə nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 7 dəfəyə qədər fərqin olması ilə bağlı dediklərini şərh edərkən danışıb. S.Ələkbərovun sözlərinə görə, fərqin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir: “Kənd Təsərrüfatı Nazirliyinə yüksək rəqəmlər verirlər ki, oradan subsidiya, yardım alsınlar. Amma Vergilər Nazirliyinə hesabat verəndə aşağı rəqəmlər göstərirlər. Baxmayaraq ki, burada vergi yoxdur, sadəcə vərdiş var. Dövlət Gömrük Komitəsinə isə başqa rəqəm göndərilir. Odur ki, şüurda dəyişiklik olmalıdır".
Report