Ukraynada prezident seçkilərində keçirilən "exit poll"un nəticələriaçıqlanıb.
FED.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, nəticələrə əsasən Vladimir Zelenski, Petr Poroşenko ikinci tura çıxıblar.
Televiziya Xəbər Xidməti - "TSN" tərəfindən keçirilən "exit poll"in nəticələrinə əsasən qeyd edilir ki, Vladimir Zelenski 30,1 faiz, Petr Poroşenko 18,5 faiz səs toplayıblar. Digər namizəd Yuliya Timoşenkonun isə 14 faiz səs topladığı bildirilir.
"Exit poll"un nəticələrinə əsasən digər prezidentliyə namizəd Yuri Boyko 9,1, Anatoli Qriçenko 7,6 və İqor Smeşko 6,6 faiz səs toplayıb (report.az).