Vyetnamın Hanoy şəhərində Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş start götürüb.
FED.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bağlı qapılar arxasına yollanmazdan əvvəl KXDR lideri Kim Çen In zirvə toplantısının nəticələrinin bütün tərəfləri qane edəcəyinə ümidvar olduğunu bildirib.
“Ümid edirəm ki, hər kəsin alqışlayacağı nəticəyə nail olacağıq. Buna edəcəyimizə əminəm”, - deyə In bildirib.
Onun sözlərinə görə, sammitə hazırlıqlar zamanı tərəflər arasındakı ixtilafların aradan qaldırılması məqsədilə böyük səylər görülüb.
Bundan əvvəl Ağ Ev Tramp və Kim Çen Inın əvvəl 20 dəqiqəyə yaxın təkbətək görüş keçirəcəyi, daha sonra işgüzar şam yeməyinin təşkil olunacağını bildirmişdi. Qrafika əsasən, şam yeməyi 1,5 saat davam edəcək.