ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl mətbuata sızan iş qrafiki ilə bağlı qalmaqaldan sonra ünvanına səslənən tənqidlərə reaksiya göstərib.
FED.az xəbər verir ki, bundan əvvəl Trampın Ağ Evdəki gündəlik iş qrafikinin 60 faizə yaxınını şəxsi işlərinə sərf etdiyi barədə xəbər yayılmışdı.
Eləcə də bax: Necə oldu ki, Venesuela bu günə düşdü? – NEFT DÖVLƏTİNİN ÇÖKÜŞÜ
“Əslində, məndən əvvəl gəlib-getmiş prezidentlərlə müqayisədə, daha çox işləyirəm”, – deyə Tramp qeyd edib.Ağ Ev rəhbəri bu iddialara “Twitter” səhifəsində cavab verib.
Amerikalı lider bildirib ki, jurnalistlər onun haqqında mənfi yox, müsbət fikirlər səsləndirməlidir.