FED.az-ın məlumatına görə fərmana əsasən, İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.27-1-ci bəndinə “Nazirliyi,” sözündən sonra “taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri əlavə edilib.
Bundan başqa, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə “322.0.2,” rəqəmlərindən sonra “322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə),” sözləri əlavə edilib.
Beləliklə adı çəkilən inzibati pozuntuya görə işlərə baxmaq Daxili İşlər Nazirliyinə həvələ edilib.