Banner

Dövlət

Sabahdan bu iş yerləri açılır - SİYAHI

Sabahdan bu iş yerləri açılır - SİYAHI | FED.az
11:22 26 Aprel 2020

Azərbaycanda aprelin 27-si saat 00:00-dan etibarən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri açıqlanıb.

FED.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb (qərarın Tam Mətni).

Qeyd olunub ki, aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

"ASAN Xidmət Mərkəz"ləri limitlə işləyəcək - GÜNDƏ 1000 NƏFƏR

1) "ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Təcili: Azərbaycanda bank kreditlərinə - GÜZƏŞTLƏR BAŞLAYIR - RƏSMİ AÇIQLAMA

2) Aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

Satış nöqtələrinin açılmasına baxmayaraq iri ticarət Mərkəzləri və "Mall”larına qoyulan məhdudiyyət qüvvədə qalır.

Digər xəbərlər

Banner