Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.
FED.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, hazırda Hollandiyada yaşayan Saakaşvilinin aprelin 1-də Kiyevə gedəcəyi bildirilir.
Məlumata görə, Saakaşvili artıq təyyarə bileti aldığını söyləyib.
O, Ukrayna prezidenti Petro Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməyəcəyi üçün bu addımı atmaq qərarına gəlib.
Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.