Ölkədə biznesin inkişafına şərait yaratmaqda məsul olan yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti ciddi şəkildə izlənilir. FED.az xəbər verir ki, regionlarda yaradılan iş yerlərinin sayına görə qiymət verilən icra başçıları arasında artıq ilk təyinat baş verib.
Belə ki, ölkə prezidentinin sərəncamı ilə Əziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən Bakının ən iri rayonlarından biri olan Yasamala təyinat alıb.
Məlumat üçün bildirək ki, sttistik məlumatlara əsasən, 2017-ci ilin ilk doqquz ayında Cəlilabad rayonunda 12 min 441 yeni iş yeri yaradılıb. Bunun 9 min 86-sı daimi iş yerləridir. Və daimi iş yerlərinin sayına görə Cəlilabad rayonu ölkədə birinci yeri tutur.
Məlumat üçün bildirək ki, Ə.Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub. Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rayonda ən çox iş yeri yaradan icra başçısı Bakıya gətirildi
16:31
2 Fev 2018