Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib. FED.az xəbər verir ki, qanun yekdilliklə qəbul edilib və imzalanması üçün Prezidentə təqdim olunacaq.
Eləcə də bax: Prezidentlikdən getsə də, hakimiyyətdə qalır - "QAZAXISTANDA QALAQURMA"
Xatırladaq ki, Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.
Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatları ilə təltif edib.
Bundan başqa, ölkənin bütün şəhərlərində əsas prospektlərə Nazarbayevin adı veriləcək və onu portretləri bütün ictimai yerlərdə asılacaq.
Qazaxıstan paytaxtının adı dəyişdi - ASTANA İDİ, NURSULTAN OLDU
18:30
20 Mart 2019