Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Baş Naziri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranını ilk iclası keçirilib.
Eləcə də bax: İqtisadi Şuranın - İLK İCLASI KEÇİRİLDİ
FED.az Nazirlər Kabinetindən verilən məlumata istinadən bildiri ki, Baş Nazir Əli Əsədov Prezidentin İqtisadi Şuranın qarşısına qoyduğu vəzifələrdən danışıb.
O bildirib ki, Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoyub. Bunlar:
• makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
• iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması;
• daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması;
• xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması;
• qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;
• investisiya mühitinin radikal yaxşılaşdırılması;
• ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi;
• sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi;
və digər strateji vəzifələrdən ibarətdir.