“Nabrandakı turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Eləcə də bax: İlham Əliyev yeni icra başçılarına: “EŞİTSƏM, BİLSƏM Kİ, ƏYRİ YOLA GEDİRSİNİZ..."
“Xaçmaz rayonunun da özünəməxsus gözəl təbii şəraiti vardır. Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil.
Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir.
Dövlət xətti ilə lazımi kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər.
O cümlədən Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir. Digər sahələr üzrə də işlər düzgün aparılmalıdır.
Yerli vətəndaşların müraciətlərini nəzərə alaraq, orada böyük suvarma layihələri icra edildi. Yəni, rayonun çox böyük potensialı var. İnfrastruktura gəldikdə, həm Olimpiya Mərkəzi, eyni zamanda, xəstəxana yaradılmışdır, abadlıq işləri aparılmışdır. Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə”,- Azərbaycan Prezidenti söyləyib.
Marja