Prezident İlham Əliyev «Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, adı çəkilən fərmanın 1.1.1-ci yarımbəndindən “və Audit Komitəsinin (Təftiş Komissiyasının)” sözləri çıxarılıb.
Qeyd edək ki, fərmanın 1.1-ci bəndi Maliyyə Nazirliyinə həvələ edilən məsələləri əhatə edir. 1.1.1. yarım bəndində göstərilirdi ki, kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Nazirliyə həvalə edilir. İndi bu bənddən Audit Komitəsi (Təftiş Komissiyası) sözləri çıxarılıb.