Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.
Eləcə də bax: Güzəştli mənzilləri kimlər ala bilər? – KATEQORİYALAR, TAM SİYAHI