Xəbər verdiyimiz kimi, İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
FED.az xəbər verir ki, Prezident müşavirədə nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib.
Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışıb, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.