Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Dövlət başçısı hazırda iclasda nitq söyləyir.
Qeyd edək ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb.