Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
FED.az-ın məlumatına görə, fərmanla bəzi sahələrdə inzibati xətalar haqqında işlərə baxan qurumlar dəyişdirilib.
ELƏCƏ DƏ BAX: 5 rayona pul ayrıldı - PREZİDENTDƏN SƏRƏNCAM
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”a əsasən lombardlara münasibətdə inzibati xətalar haqqında işlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri, sədrin müavinləri və digər üzvləri, departament direktorları və idarə rəislərinin baxmaq səlahiyyəti olub.
Dəyişikliyə əsasən artıq İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 598-ci (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri və onun müavinləri baxacaq.
Prezident Maliyyə Bazarlarına Nəzarət Palatası barədə - FƏRMAN VERDİ
21:25
4 Fev 2019