Xəbər verildiyi kimi, bu gün iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. FED.az xəbər verir ki, hələlik müşavirənin detalları açıqlanmasa da, toplantının fərqli qaydada keçirildiyi məlum olub. Belə ki, indiyədək foralaşiış ənənədən fərqli olaraq bu dəfə prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclası keçirilməyib.
Toplantı daha yığcım formatda – əsasən iqtisadi qurumların rəhbərləri, Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu sahə ilə bağlı köməkçilərinin iştirakı ilə təşkil edilib.
Müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri MikayılCabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Gömrük komitəsinin sədri Səfər Mehdiyev, prezidentin köəkçiləri Əli Əsədov və Natiq Əmirov, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov iştirak edib.
Prezident İlham Əliyevin yanında müşavirə – FƏRQLİ FORMATDA KEÇİRİLİB
19:34
31 İyul 2019