FED.az xəbər verir ki, Prezident İlham Əliyev İ.N.Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Eləcə də bax: Daha bir icra başçısı - İŞDƏN ÇIXARILDI - SƏRƏNCAM
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin."
Dövlət başçısının digər sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Abbasov İlqar Namaz oğlu
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilmişdi. Bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışmışdır.
İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.