Prezident İlham Əliyev İqtisadiyyat naziri Şahin Mustafayevin vəzifəsindən azad edərək baş nazirin müavini təyin edib.
FED.az xəbər verir ki, dövlət başçısının bu barədə sərəncamları açıqlanıb.
Ş.A.Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Eləcə də bax:Baş nazirin yeni müavini kimdir? – TƏRCÜMEYİ HAL
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2019-cu il.