Keşlə qəsəbəsində avtomobil yollarının yenidən qurulmasına 850 min manat ayrılıb.
Eləcə də bax: Prezidentdən Bərdə ilə bağlı - SƏRƏNCAM
FED.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.