Prezident Adminstasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
FED.az xəbər verir ki, Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.
Qeyd edək ki, Etibar Nəcəfov yeni təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.