Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri 2019-cu ilin noyabr ayında respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
FED.az xəbər verir ki, Lerik, Bərdə, Kəlbəcər, Qobustan, Samux rayonlarında vətəndaşların qəbulu noyabrın 14-də keçiriləcək.
Noyabrın 28-də isə Şirvan şəhəri, Qusar, Zaqatala, Goranboy, Saatlı rayonlarında vətəndaşların qəbulu olacaq.
Qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayacaq.