Banner

Dövlət

Polis “Fairmont Baku”da əməliyyat keçirdi, saxlanılanlar var - Video+Yenilənib

Polis “Fairmont Baku”da əməliyyat keçirdi, saxlanılanlar var - Video+Yenilənib | FED.az
17:33 5 İyul 2020

Xəbər verdiyimiz kimi, Bakının məşhur hotellərindən olan "Fairmont Baku" karantin rejiminin qaydalarına zidd olaraq hovuzu müştərilər üçün açıq edib.

FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda Bakı polisi sözügedən hoteldə əməliyyat keçirib. 

Karantin rejimini pozan müştərilərlə yanaşı, hotel rəhbərliyinin də İnzibati Xətalar məcələsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı gözlənilir.

Polisin keçirdiyi əməliyyat nəticəsində "Fairmont Baku" oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.

Digər xəbərlər

Banner