Banner

Dövlət

Parlament bu qanunları dəyişəcək - SİYAHI

Parlament bu qanunları dəyişəcək - SİYAHI | FED.az
10:57 12 Mart 2020

Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb.

FED.az xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və s. qanun layihələridir.

Bundan başqa, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Report

Digər xəbərlər

Banner