“Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbuat orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktorları kimi aparmağa başladılar. Özü də çox məkrli və qərəzli aktor kimi. Onlardan biri də “Financial Times”dır.
Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğul olan mətbu orqan artıq mətbu orqan olmaq missiyasını itirir. “Financial Times” şübhəsiz bu sıradadır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var”.
FED.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.
Əgər həqiqətən də sizin haqq-ədalətlə bağlı iddialarınız varsa son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz-minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa... illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi “xoşbəxt etdiniz”?
Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan, Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər”, - deyə, N.Məmmədov əlavə edib.
Novruz Məmmədo: Özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər
16:22
20 Dek 2017