Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xidmətin strukturuna daxil olan təşkilatlara xüsusi təyinatlı “CHERY” (1,5 litrə qədər) markalı minik avtomobillərinin satınalınması məqsədilə açıq tender elan edir.
FED.az rəsmi mətbuata istinadən xəbər verir ki, iştirakçılar müvafiq sənədləri 25 dekabr 2018-ci il saat 17.00–a kimi tender komissiyasına təqdim etməlidirlər.
Təklif zərflərinin açılışı ertəsi gün saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə).
Tenderdə iştirak haqqı 150 manat təşkil edir.