Azərbaycan Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti istefaya göndərilib. Yeni tərkib formalaşanadək hökumət üzvləri öz səlahiyyətlərini icra edəcəklər.
Azərbaycan hökuməti - İSTEFA VERDİ
FED.az xəbər verir ki, prezidentin yaxın günlərdə hökumətin yeni tərkibini formalaşdıracağı bildirilir.
Məlumata görə, Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər gözlənilmir.
Belə ki, hazırda fəaliyyətdə olan hökumət üzvləri Prezident İlham Əliyev tərəfindən öz vəzifələrinə təyin ediliblər və zərurət yarandıqda, dövlət başçısı müvafiq dəyişikliklər həyata keçirir.
Bundan başqa, hesab olunur ki, əksər hökumət üzvləri tutduqları postlara son zamanlarda təyinat alıblar və qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlirlər.
Xatırladaq ki, Konstitusiyanln 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefasını təqdim edir. (Apa)