Prezident İlham Əliyev "Çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında"
Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 206 000 (iki milyon iki yüz altı min) manat ayrılıb.
Prezidentin digər bir Sərəncamı ilə, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 000 (dörd yüz qırx doqquz min) manat ayrılıb.