Azərbaycanda bir neçə gün əvvəl artırılan minimum əmək haqqı yenidən artırılacaq. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Qeyd edək ki, Azərbaycanda minimum əmək haqqı fevralın 8-də prezidentin sərəncamı ilə artırılaraq 130 manatdan 180 manata qaldırılıb.
Amma dövlət başçısı bildirib ki, bu məbləğ qaneedici deyil:
«Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq».
Minimum əmək haqqı yenə artırılacaq – PREZİDENT AÇIQLADI
14:09
25 Fev 2019