Milli Məclisin buraxılmsı barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
O bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: "İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir".
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
Report