Bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi təşəbbüsü müzakirə edilib.
FED.az xəbər verir ki, müzakirələrdən sonra Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
Layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.
Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.