Azərbaycan Şəhər Qəsəbə Kənd Bələdiyyələrinin Milli Assosiasiyaların Əlaqələndirici Katibi Tofiq Həsənovun Belediyye.infoya verdiyi məlumata əsasən, aprel ayının 30-da Bakı şəhərinin Səbail rayoununda “Alov Qüllələri” Kompleksində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının, may ayının 2-də Bakı şəhərinin Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Mədəniyyət Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, may ayının 4-də Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının illik Ümumi Yığıncağın keçiriləcəkdir.
FED.az Belediyye.infoya istinadan xəbər verir ki, nümayəndəlik kvotasına əsasən seçilmiş nümayəndələr Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının Ümumi Yığıncaqlarında Milli Assosiasiyanın fəaliyyəti haqqında illik hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, 2019-cu il üçün büdcəsi və Milli Assosiasiyaların rəhbər orqanlarının tərkiblərində dəyişikliklərlə bağlı təşkilati məsələlələri müzakirə edəcəklər.
Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı isə Assosiasiyanın fəaliyyəti haqqında illik hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı və 2019-cu il üçün büdcəsi haqqında məsələləri müzakirə edəcəkdir.
T.Həsənov tərəfindən verilən məlumatda o da bildirilir ki, hazırda Milli Assosiasiyalarda Yığıncaqların keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir.
Milli Bələdiyyə Assosiasiyaları hesabat verəcəklər
13:55
11 Aprel 2019