Azərbaycanın bank-maliyyə sektorunda ciddi dəyişikliklər baş verəcək.
FED.az xəbər verir ki, dəyişikliklər həm kadr islahatlarını, həm də strukturların yenidən birləşdirilməsinə aid olacaq.
Belə ki, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu vahid qurumda birləşdirilir.
Bir qədər əvvəl Palatanın tabeliyindən çıxarılaraq Vergilər Nazirliyinə verilən, amma son islahatlardan sonra taleyi qeyri müəyyən qalan Maliyyə Monitorinq Xidmətinin hansı quruma birləşdiriləcəyi isə hələlik məlum deyil.
2015-ci ildə edilən dəyişiklikdən sonra MBNP-nin tabeliyinə keçən sığorta nazarətinin də hansı qurumda olacağı dəqiq deyil.
Bildirilir ki, dəyişikliklərdə məqsəd, maliyyə bank sektorunda tənzimləməni çevikləşdirmək və funksiyaların təkrarlanması hallarını aradan qaldırmaqdır.