"Koronavirusdan vəfat edən şəxslərin dəfn xərci dövlət hesabına ödənilir".
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, xəstəxanalarda digər xəstəliklərdən vəfat edən şəxslərin də dəfni ilə bağlı hər hansı problem qeydə alınmayıb və lazım olan bütün addımlar atılır.