Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib.
FED.az saytı Unikal.org-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Yahya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi təyin edilib.
Qeyd edək ki, Yahya Babanlı "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi olub. O, bir müddət öncə öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifəsi neçə müddət idi boş idi.