Azərbaycan İqtisadiyyat Nazirliyi ixracatçılara mənşə sertifikatlarının verəcəyi tarixi açıqlayıb.
FED.az xəbər verir ki, Novruz Bayramı ilə əlaqədar martın 20-26 tarixləri qeyri-iş günləri olduğuna görə, ixracatçıların müraciətlərini nəzərə alaraq martın 23-də mənşə sertifikatları veriləcək.
İxrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə Azərbaycanda sahibkarlıq subyektlərinə mənşə sertifikatı bir gün ərzində verilir. 2016-cı ilə qədər ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.
İqtisadiyyat Nazirliyi ixracatçılara mənşə sertifikatlarının verəcəyi tarixi açıqlayıb
13:33
19 Mart 2019