“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
İnam Kərimov |
– |
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri |
Xalid Əhədov |
– |
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi. |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,10 iyun 2019-cu il.